Dağıstanda daha bir nazir həbs edilir

13:15 | 27.02.2018
Dağıstanda daha bir nazir həbs edilir

Dağıstanda daha bir nazir həbs edilir

Rusiya xüsusi xidmət orqanları Dağıstanın Memarlıq naziri İbrahim Kazibekovun evində yoxlamalara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "İnterfaks” agentliyi yayıb. Agentlik hazırda nazirin evinin polis tərəfindən mühasirəyə alındığını bildirib. Kazibekovun qəzalı vəziyyətdə olan vətəndaşların köçürülməsi layihəsində qiymətləri qəsdən yüksəldərək dövlət vəsaitinin mənimsənilməsində ittiham edildiyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Dağıstanda aparılan araşdırmalar zamanı baş nazir, müavinləri və keçmiş təhsil naziri həbs edilib.

Federal Təhlükəsizlik Xidməti Dərbənddə narkotacirlərə qarşı da əməliyyata başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM