"Dalğa Beach-Aqua Park”dan sevgililərə sürpriz - GİRİŞ PULSUZ

11:31 | 31.05.2016

"Dalğa Beach-Aqua Park”dan sevgililərə sürpriz - GİRİŞ PULSUZ

"Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə yeniliklərlə başlayır

"Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə hazırlıqlarını başa çatdırıb.

"Report" xəbər verir ki, yüksək səviyyədə həyata keçirilən və uğurla yekunlaşdırılan hazırlıqların ən diqqət çəkən məqamı istirahət məkanının dənizkənarı çimərlik zonasına yeni lacivərt qumun gətirilməsidir. Bununla da "Dalğa Beach-Aqua Park”da qonaqlar üçün ümumi dənizdən istifadə zamanı daha fərqli imkanlar yaradılıb.

Bundan başqa, əvvəlki ildən fərqli olaraq istirahət məkanının dənizə baxan hissəsində 2 yeni hovuz tikilib. Bura istirahətə gələnlər hovuzun içərisində əyləşərək dənizin gözqamaşdıran mənzərəsini seyr edə-edə dincələ biləcəklər. Yeni hovuzların sayəsində "Dalğa Beach-Aqua Park” ərazisi daha da genişlənib.

Mərkəzdəki "Night club" artıq ötən ilki kimi deyil, yeni mövsümdə "Xoxo club" olaraq fəaliyyət göstərəcək. Bu klubun şəhərdə də geniş şəbəkəsi mövcuddur və istirahətini maraqlı və yaddaqalan keçirmək istəyənlərin ən çox seçdikləri məkanlardan biridir.

İstirahət məkanının ərazisində müəyyən kosmetik dəyişikliklər də aparılıb. Qonaqların ümumi ərazidə əlavə xidmətlər almaq istədikləri yerlər daha da genişlənib.

İstirahət məkanının bəzi restoranlarının ümumi quruluşunda və xidmət göstərmə üslubunda dəyişikliklər edilib. Belə ki, ötən il restoranda və "Pull bar"da ötən il yalnız qızmar havada istifadə etmək mümkün idi. Lakin restoranın kənarlarının bağlanması üçün şüşə qatının olmaması səbəbindən soyuq havada fəaliyyəti məhdudlaşırdı. Hazırda həmin restoranlar cam balkonla örtülüb. Yəni həmin məkanlardan soyuq havalarda da istifadə etmək mümkün olacaq.

"Dalğa Beach-Aqua Park”ın diqqətçəkən məkanlarından olan "Mayak" restoranı yeni üslubda fəaliyyət göstərəcək.

Qonaqların rahatlığı üçün yeniliklərini davam etdirən istirahət mərkəzi daha rahat və yüksək xidmət göstərmək üçün müasir texnologiyaların ən son nailiyyətlərindən maksimum faydalanır. "Dalğa Beach-Aqua Park” bu yenilikləri edərkən ötən il istirahətini burada keçirən qonaqların istək və arzularını əsas götürüb, onların təkliflərini maksimum səviyyədə reallaşdırmağa çalışıb. Həyata keçirilən yeniliklər nəticəsində istirahət məkanının xidmət sferası ən son texnologiya və avadanlıqlarla təchiz olunub.

"Dalğa Beach-Aqua Park”da bu il üçün qəbul prosesi sürətləndirilib. Artıq növbədə gözləmə halları olmayacaq. İstirahət mərkəzi müştəriləri qısa vaxt ərzində qeydiyyata ala biləcək.

Qonaqlara verilən qolbaqlar vasitəsilə həm paltarların qoyulması üçün rəflərin seçilməsi, həm də ərazidə ödənişlərin olunması ötən illə müqayisədə çox ciddi fərqlə daha üstün şəkildə qurulub. İstirahət mərkəzində insanlara rəflərin nömrəsi əvvəlcədən verilməyəcək. Qonaqlar sərbəst şəkildə istədikləri rəfi seçə biləcəklər.

Yeniliklərdən biri də "Dalğa Beach-Aqua Park” ərazisində MilliÖn ödəmə terminallarının quraşdırılmasıdır.

Ən çox diqqət çəkən məqam isə əksər istirahət mərkəzlərində bu mövsüm qiymət artımının olmasına baxmayaraq, "Dalğa Beach-Aqua Park”da qiymətlərin ötən mövsüm olduğu səviyyədə qalmasıdır. Digər gözəl aksiya ondan ibarətdir ki, "Dalğa Beach-Aqua Park”da iyun ayının 15-dək cütlüklər üçün giriş pulsuz olacaq, aksiya bitdikdən sonra isə köhnə qiymətlərlə fəaliyyətini davam etdirəcək.

Buranı seçənlər istirahət məkanında həyata keçirilən və insanı heyrətləndirən bəzi yeniliklərin də canlı şahidi olacaqlar. 
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb