Dağlıq Qarabağdakı separatçı rejimin iki tankı minaya düşüb - VİDEO

21:27 | 21.07.2015
Dağlıq Qarabağdakı separatçı rejimin iki tankı minaya düşüb - VİDEO

Dağlıq Qarabağdakı separatçı rejimin iki tankı minaya düşüb - VİDEO

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb.
 
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub. Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib. Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb.
 
Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb