Davudoğlu Bahçeli ilə ölkədəki vəziyyəti müzakirə edəcək

17:27 | 14.03.2016
Davudoğlu Bahçeli ilə ölkədəki vəziyyəti müzakirə edəcək

Davudoğlu Bahçeli ilə ölkədəki vəziyyəti müzakirə edəcək

Türkiyənin Baş naziri Əhməd Davudoğlu müxalif Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli ilə ölkədəki vəziyyəti, o cümlədən Ankaradakı terror aktını müzakirə edəcək.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Görüş bu gün yerli vaxtla saat 16:00-da D.Bahçelinin xahişi ilə baş tutacaq.

Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb