Delimitasiya ilə bağlı görüşdəki razılıqlıqlar nədən xəbər verir? - Hüquqşünas rəyi

19:03 | 19.04.2024
Delimitasiya ilə bağlı görüşdəki razılıqlıqlar nədən xəbər verir? - Hüquqşünas rəyi

Delimitasiya ilə bağlı görüşdəki razılıqlıqlar nədən xəbər verir? - Hüquqşünas rəyi

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının bir sıra məsələlər üzrə razılıq əldə edilib. 
 

Bəs görəsən əldə olunmuş razılığın icrası necə yerinə yetirməlidir? 
 
Hüquqşünas  Ramil Süleymanov bildirib ki, razılşamalar artıq yetərincə aydın yazılıb qarşı tərəf olan Ermənistan iki ölkə arasında olan razılşamanı pozmasa müsbətə doğru addımlar atılacaq. 
 
"Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyalarının müəyyən ərazilərlə bağlı razılaşması reallaşıb. Azərbaycan tərəfindən anklav olan ərazilərin, yaşayış məntəqələrinin Azərbaycana verilməsi razılaşdırılıb. Anklav o ərazilərdir ki, torpaq mənsub olduğu ölkənin ərazisinin deyil qonşu dövlətin ərazisindədir və onun tərəfindən mühasirəyə alınıb. Bu ərazi həmin dövlətin sərhədləri çərçivəsində qalıb. Ermənistan ordusu tərəfindən 1992-ci ildən  Azərbaycanın anklav əraziləri işğal altında olub. Anklav ərazilərdə 4 yaşayış yerinin qaytarılmasından sonra həmin ərazilərin faktiki olaraq delimitasiya prosesinə başlanılıb. Qəbul edilən qərarlardan birinci budur ki, delimitasiya prosesinı başlanılsın. Delimitasiya-  beynəlxalq hüququn termini olan bir sözdür. Qonşu dövlət arasında sərhəd xəttlərinin ilkin müəyyən olunmasıdır. Demarkasiya isə qonşu dövlətlərin aralarında olan sərhədlərin müəyyənləşməsi ikinci və yekun mərhələsidir. Burada əsasən dövlət sərhədlərinin yerləşməsi icra olunur. Mövcud olan razılaşmada tərəflərin istinad etdiyi əsas sənəd Alma-Ata bəyənnaməsi mövcuddur.Bu bəyannamə 1991-ci il Sovet sosalist Respublikalarının bir neçəsinin - Rusiyanın, Qazaxıstanın, Belarusiyanın ayrılayaraq müstəqil dövlətlər birliyi qurmaqla bağlı aralarında bağlanan bir müqavilədir. Azərbaycan həmin müstəqil millətlər birliyinə 24 sentyabr 1993-cü il qoşulub.
 
Həmin səməddə qəbul edilən qərarlardan birincisi budur ki, 15 respublikanın 3-ü konkret olaraq qoşulmur. MDB-yə üzv olan ölkələr bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşırlar,dövlət sərhədlərinə müdaxilə etmirlər.İndiki halda Azərbaycan anklav ərazilərinin də qaytarılması məhz 1991-ci il Alma-Ata bəyannaməsinin müddəalarına uyğun həyata keçirilir. Həm Ermənistan həm Azərbaycan arasında əsasnamə layihəsi tətrib olunacaq. Həmin layihəyə görə gələcəkdə Azərbaycanla Ermənistan arasında sülhün bağlanması istiqamətində əlaqələr qurulacaq. Bununla bağlı müəyyən bəndlər əlavə olunacaq.Bu əsasnamaələr komissiyalar tərəfindən təsdiq olunduqdan sonra parlamentdə təsdiq olunması üçün qanunverici orqan hər iki dövlətin parlamentinə göndəriləcək. Bundan sonra növbəti görüşlərin keçirilməsi planlaşdırılacaq. İki ölkə arasında sərhədlərin delimitasiyası prosesi Tovuzdan başlayır.İlkin olaraq anklav ərazilər geri qaytarılır. Ermənistan Azərbaycana Azərbaycanın ekskalav ərazisi olan Naxçıvanla bütün növ əlaqələrin qurulmasını 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq öhdəsinə götürüb.Bu müqavilənin birəbir təsdiqi 2020-ci il 10 noyabr bəyannaməsi ilə təsdiq edib.Beynəlxalq hüquq ona dayanır ki, dövlətlər öz üzərlərinə götürdüyü öhdəlikləri icra etməkdə mükəlləfdirlər.Onlar belə bir öhdəliyi icra etmədiyi təqdirdə o zaman həmin dövlətlırin beynəxalq nüfuzu aşağı düşmüş olur. Azərbaycanla Ermənistan arasında ilkin olaraq razılaşdırmağa başlanmış Tavuş vilayətindən başlayan delimitasiya işləri qısa bir zamanda müəyyən olunacaq. Ermənistan siyasi rəhbərliyi də Naxçıvanda quru əlaqəsini təmin edəcək", - hüquqşünas əlavə edib. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb