"Dəmirbank"ın daha 3 filialı bağlanılıb, bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, bankın Xırdalan, Bakıxanov və İçərişəhər filialları ötən ilin sonundan etibarən fəaliyyətlərini dayandırıb. Hər 3 filial üzrə müştəri portfelləri digər filiallara ötürülüb. Xırdalan filialı Xəzər filialı ilə, İçərişəhər filialı Yasamal filialı ilə birləşdirilib. Bakıxanov filialı üzrə portfel isə Nəsimi və Mərkəz filiallarına ötürülüb. Bankdan verilən məlumata görə, filialların ləğv edilərək portfelin digər filiallara ötürülməsi yeni biznes dövrünə keçid və xərclərin optimallaşdırlması ilə bağlıdır.
Onu da xatırladaq ki, bir neçə gün əvvəl bankdan hakerlər tərəfindən 3 milyon manat pul oğurlanmışdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !