Məşhur milyonçunun füsunkar bağından acınacaqlı FOTOLAR

09:24 | 08.07.2015
Məşhur milyonçunun füsunkar bağından acınacaqlı FOTOLAR

Məşhur milyonçunun füsunkar bağından acınacaqlı FOTOLAR

Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və
neft milyonçusu olan Murtuza Muxrarovun şəxsi bağı olub.
1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olub.
1996-cı ildən isə AMEA-nın Rəyasət Heyyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə
Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilib, ona hüquqi status verilib.
2014-cü ildən AMEA-nın Rəyasət Heyyətinin qərarı ilə
Dendrologiya İnstitutu adına layiq görülüb. 
 
 
 
Təkcə Bakıda həm yerli əhalinin, həm də ölkəyə gələn turistlərin maraqlı istirahətini təşkil etmək üçün o qədər səfalı və gözəl yerlər var ki... Düzdü, son vaxtlar paytaxtda park və bağlar salınır, yaşıllaşdırma işləri aparılır. Amma yaddan çıxarmayaq ki, onillik yaşı olan belə bağlarımız var, sadəcə onların qayğısına qalmaq və baxımlı etmək lazımdır.

Belə gözdən-könüldən iraq düşən yerlərdən biri Dendrologiya İnstitutunun bağıdır. 2014-cü ildə bağın vəziyyətinin yaxşılaşdırılması məqsədilə təmir işləri aparılıb - bağın beynəlxalq standartlarla müasir səviyyədə qurulması məqsədi ilə 10 min kvadratmetr asfalt örtüyü, 1800 kvadratmetr dam örtüyü vurulub, 6 min metr bordür çəkilib. Amma bu yenə də yetərli olmayıb.

ANN.Az-ın fotomüxbiri bugünlərdə bağda olub və onun hazırladığı fotosessiya bu füsunkar təbiət ocağının baxımsız durumda olduğunu göstərir. Bağın baxımsız olmasına rəğmən bura gələnlər də az deyil.

Nə isə, necə deyərlə, yüz danışmaqdansa, bir görmək daha yaxşıdır. Ötən əsrin xeyriyyəçisi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olan bu yerin indiki halını oxuculara təqdim edirik.

Fotoların müəllifi Fərqanə Novruzovadır


 
 
 
 
 














































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb