Depozit hərracı başa çatdı

13:08 | 22.01.2018
Depozit hərracı başa çatdı

Depozit hərracı başa çatdı

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Anews.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 318,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 27,2% üstələyib. Bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, cari ildən bankların depozit hərracına maraqları azalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM