Deputatlar növbədənkənar sessiyanın çağırılması üçün müraciət etdi

15:45 | 23.05.2016
Deputatlar növbədənkənar sessiyanın çağırılması üçün müraciət etdi

Deputatlar növbədənkənar sessiyanın çağırılması üçün müraciət etdi

 Azərbaycan Milli Məclisinin (MM) bir qrup deputatı parlamentin növbədənkənar sessiyasının çağırılması üçün MM rəhbərliyinə müraciət edib.

"Report"un əldə etdiyi məlumata görə, müraciəti 100-ə yaxın deputat imzalayıb.

Növbədənkənar sessiyasının çağırılmasında məqsəd yarımçıq qalmış bir sıra qanun layihələrini müzakirə etməkdir.

Qeyd edək ki, yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.

Xatırladaq ki, MM-in növbədənkənar sessiyası Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb