Deputatlar prezidentə müraciət etdilər

12:38 | 01.02.2018
Deputatlar prezidentə müraciət etdilər

Deputatlar prezidentə müraciət etdilər

Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novzurov növbəti amnistiya aktının qəbul olunması öz üzərinə götürməsi üçün ölkə başçısına deputatlar adından müraciət edib. 

Anews.az xəbər verir ki, o xatırladıb ki, bu günə qədər ölkədə 63 əfv sərəncamı və fərmanı, 11 amnistiya aktı qəbul olunub: 

"Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul olundu və o 10 mindən artıq insanı əhatə etdi. Onu da qeyd edim ki, hər bir deputat amnistiya aktının qəbul olunması ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Ancaq bağışlamaq Allaha və  ölkə başçısına aiddir. Ona görə Cümhurriyyətin 100 illiyi ilə bağlı deputatlar adından xahiş edək və ölkə başçısına müraciət edək ki, bu işi öz üzərinə götürsün. 

Bu vətəndaşlarımızın gözləntisi olan məsələdir. Bir neçə məsələdə anmnistiya aktı keçmişdəkilərdən fərqli olmalıdır. Azərbaycan 27 ildir ki müstəqildir. Bu amnistiya dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda iştirak etmiş və səhvlərə yol vermiş bütün şəxslərə şamil olunmalıdır. Həmçinin  yaşı 60- dan yuxarı olan bütün qadınlara, eyni zamanda himayəsində azyaşlı uşaqlar olan qadınlara da şamil olunmalıdır. Çünki həbsxanada həmin qadınlar dünyaya övlad gətiriblər.

Yaşı 70- dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmamış bütün dini şəxslərə də tətbiq olunmalıdır.  Qarşıdan seçki ili gəlir. Kimlərsə yenə bu kampaniyaya kölgə salmaq istəyir. Belə ki, hansısa adamların adından  Azərbaycana qarşı radikal kampaniya aparırlar. Düşünürük ki, hansısa cinayətə yol vermiş olsa da, radikal cəbhədən olanları da amnistiyaya salmaq lazımdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb