"Dəqiqə yarım ərzində yaponiyalını məğlub etməklə revanş aldım" - VİDEOLAYİHƏ

11:59 | 12.03.2015

"Dəqiqə yarım ərzində yaponiyalını məğlub etməklə revanş aldım" - VİDEOLAYİHƏ

 

"Bizim Çempion" rubrikasının budəfəki qonağı paralimpiya yarışlarında cüdo idman növündə ölkəmizi təmsil edən İlham Zəkiyevdir.

Sport7.az xəbər verir ki, I qrup Qarabağ əlili olan Zəkiyevlə Sumqayıtdakı mənzilində görüşdük.

Fevralın 22-də Macarıstanın Eqer şəhərində keçirilən Dünya Kubokunun qalibi olmuş Zəkiyevdən ilk olaraq biz müsahibə götürdük. O, London Paralimpiya Oyunlarının yarımfinalında uduzduğu yaponiyalı Masaki Kentodan bu dəfə finalda revanş almasından, cüdoya gəlməsindən, gözünü necə itirməsindən və s. bizə danışdı.

Qeyd edək ki, İlham Zəkiyev Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək 2 idmançıdan biridir.

Müəllif: SƏBUHİ TOFİQOĞLU
Operator: AYNUR MƏMMƏDOVA
 
ANN.Az
 

 
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM