Dərnəgül NMM-nin açılışı təxirə salındı

12:39 | 13.01.2018
Dərnəgül NMM-nin açılışı təxirə salındı

Dərnəgül NMM-nin açılışı təxirə salındı

Bu gün açılmalı olan "Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi müəyyən texniki məsələlərə görə təxirə salınıb.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda mərkəzin növbəti həftə sərnişinlərin istifadəsinə veriləcəyi qeyd olunub.

Mərkəzdə 11 marşrut xətti üzrə 112 avtobus sərnişinlərə xidmət göstərəcək. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilib.

Ətraf kənd və qəsəbələrdən "Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi bu mərkəz olacaq. Mərkəzin yaradılmasında əsas məqsəd günün pik saatlarında metronun "Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Bundan sonra, 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi Dərnəgül NMM olacaq.

Qeyd edək ki, bu günə qədər Bakıda "Koroğlu”, "28 May” və "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti