Dərs buraxmağa görə cərimə ləğv edildi

20:42 | 20.05.2016
Dərs buraxmağa görə cərimə ləğv edildi

Dərs buraxmağa görə cərimə ləğv edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilir.

Qeyd edək ki, həmin maddədə dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi nəzərdə tutulurdu.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb