Dərs vəsaitlərinin qiyməti BAHALAŞIR - VİDEO

14:44 | 27.11.2016
Dərs vəsaitlərinin qiyməti BAHALAŞIR - VİDEO

Dərs vəsaitlərinin qiyməti BAHALAŞIR - VİDEO

Vətəndaş dərs vəsaitinin fərqli, daha doğrusu baha qiymətə satılmasından şikayətlənir.

Məsələ burasındadır ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan əlavə vəsaitlər, testlər və ya iş dəftərləri hər il fərli qiymətə satılır. Vəsaitin içində çox cüzi fərq edilir və ya üz qabığının rəngi yüngülvari dəyişdirilir və yeni versiya kimi təqdim edilərək qiyməti qaldırılır.

"Xəzər Xəbər” məlumat verir ki, əlavə vəsaitlərin ilbəil cüzi dəyişikliklə baha satılması məsələyə nəzarət mövzusunu gündəmə gətirir.

Əslində biz yox, aidiyyatı qurumlar məsələyə müraciət etməlidir.

Təhsil Nazirliyinin Tədris Resursları şöbəsindən "Xəzər Xəbər”ə bildirilər ki, dərslik komplektindən kənar vəsaitlərin çapı nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Onlar bu vəsaitlərin qiymətini müəyyən etməkdə sərbəstdirlər. Nə qədər təəccüb doğursa da, şobədən bildirirlər ki, dərslik komplektindən kənar vəsaitlərin alınması vacib deyil. Halbuki, həmin vəsaitlər məhz müəllimlərin tapşırığı ilə alınır.
 
ANN.Az Xəzər Xəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM