DGK: Gürcüstanla sərhəddə yeni mərkəz yaradılmalıdır

18:20 | 08.06.2017
DGK: Gürcüstanla sərhəddə yeni mərkəz yaradılmalıdır

DGK: Gürcüstanla sərhəddə yeni mərkəz yaradılmalıdır

"Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması vacib məsələlərdəndir". 

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxış edən Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, DGK ilə Avropa İttifaqı arasında dərin əməkdaşlıq əlaqələri mövcuddur: "Avropa İttifaqı Gürcüstanla Azərbaycan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması üçün maliyyə dəstəyinə yenidən baxmalıdır. Bu mərkəzin yaradılması olduqca mühüm məsələdir".

Qurum rəsmisi qeyd edib ki, bu mərkəz qonşu ölkələrdən tranzit axınının yaradılmasına böyük xidmət göstərəcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb