DGK sədri təyin edilən Şahin Bağırov kimdir? - Dosye

19:31 | 14.02.2023
DGK sədri təyin edilən Şahin Bağırov kimdir? - Dosye

DGK sədri təyin edilən Şahin Bağırov kimdir? - Dosye

bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin olunub.

Şahin Bağırov 1965-ci ildə Bakıda dünyaya gəlib. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının "Gömrük işinin təşkili” fakültəsindən məzun olub. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsi alıb.
Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlayıb.

1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlayıb, gömrük sistemində müxtəlif vəzifələrdə çalışıb və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib.
2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

2014-ci ildə gömrük xidmətində general-leytenant rütbəsi verilib.
2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə  Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə gətirilib.
Ailəlidir, 2 övladı var
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb