DİN mitinqlə bağlı bəyanat yayıb

16:00 | 08.04.2017
DİN mitinqlə bağlı bəyanat yayıb

DİN mitinqlə bağlı bəyanat yayıb

Nazirliyin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM