"Dinamo" Azərbaycan Premyer Liqasının bombardirini aparır

21:38 | 04.12.2021

"Dinamo" Azərbaycan Premyer Liqasının bombardirini aparır

Gürcüstanın "Dinamo" klubu Azərbaycan Premyer Liqasının (APL) bombardiri Davit Volkovu heyətinə qatmaq üçün hərəkətə keçib.

Tbilisi təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze "Zirə"nin və Gürcüstan yığmasının hücumçusu ilə şəxsən əlaqə saxlayıb.

Ölkəmizdə "Standard" və "İnter"dəki (İndiki "Keşlə") fəaliyyəti ilə tanınan gürcü mütəxəssis həmyerlisinə paytaxt klubuna keçəcəyi halda, yüksək əməkhaqqı alacağını və Tbilisinin mərkəzi küçələrinin birində mənzillə təmin olunacağını çatdırıb.  Sponsorların yeni inkişaf planından, "Dinamo"ya maliyyə  dəstəyinin artırılacağından da söz açan Tsxadadze avrokuboklarda uğurlu çıxışı hədəflədiklərini bildirib.


Ötən ilin yanvarından "Zirə"nin formasını geyinən Volkov 9 qolla Azərbaycan birinciliyinin ən sərrast oyunçuları siyahısına başçılıq edir. Onun "qartallar"la olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb