Diqqət: Bu şəxslər avtomobil idarə edə bilməyəcək

09:52 | 03.01.2019
Diqqət: Bu şəxslər avtomobil idarə edə bilməyəcək

Diqqət: Bu şəxslər avtomobil idarə edə bilməyəcək

Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı hazırlanacaq. Bakupost-un məlumatına görə, bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyi 2019-2013-cü illərdə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısını təsdiq etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Nəqliyyat Agentliyi digər icraçı qurumlar qismində müəyyənləşib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb