Direktor müəllimləri məktəbə buraxmır-AÇIQLAMA/ Video

12:54 | 31.03.2023
Direktor müəllimləri məktəbə buraxmır-AÇIQLAMA/ Video

Direktor müəllimləri məktəbə buraxmır-AÇIQLAMA/ Video

Bakıda Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə direktorun müəllimləri məktəbə buraxmaması ilə bağlı iddia yayılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə əks olunub.

Sözügedən məktəndə müəllimlərlə direktor Almaz Həsrət arasında mübahisə yaşanır, məktəb direktoru qapıları bağlatdıraraq bir qrup müəllim və təsərrüfat müdirinin içəri daxil olmasına maneə yaradır.
 
Hadisə ilə bağlı 3 nömrəli tam orta məktəbdən bildirilib ki, sosial şəbəkədə yayılan görüntü 13 mart tarixində aiddir.
 
"Video işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib. İşdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə  su tökür və s.)  narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.
 
Sözügedən videonu diqqətinizə çatdırırıq:
 

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb