Dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunacaq

09:31 | 19.11.2013
Dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunacaq

Dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunacaq

 Noyabrın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bəstəkar və dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunacaq.AzərTAc xəbər verir ki, tədbirdə sənətkarın həyat və yaradıcılığından söz açılacaq, yazdığı əsərlərdən parçalar səsləndiriləcək.Gecədə AzTv-nin estrada-simfonik orkestrinin müşayiəti ilə Əməkdar Artist Heydər Anatollu, gənc ifaçılar Ramil Qasımov, Aynur İsgəndərli, Vaqif Mustafazadə adına “Sevil” vokal instrumental ansamblı, “Qaya” qrupu, Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru və başqa kollektivlər çıxış edəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb