Dmitri Medvedev Əhməd Davudoğluna cavab verdi

18:12 | 30.11.2015
Dmitri Medvedev Əhməd Davudoğluna cavab verdi

Dmitri Medvedev Əhməd Davudoğluna cavab verdi

"Türkiyə hökuməti qəribə mövqedən çıxış edir və onların verdikləri bəyanatların heç birinə ehtiyac yoxdur".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyə rəsmilərinin "üzr istəməyəcəyik" açıqla1masına münasibət bildirərkən deyib.

Baş nazir qeyd edib ki, Türkiyəyə qarşı tətbiq edilən özəl iqtisadi tədbirləri lazım olan dərəcədə genişləndirə bilərlər: "Bu, Rusiya deyil, Türkiyə iqtisadiyyatına təsir edəcək. Biz bu məsələdə praqmatik olacağıq".

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkə sərhədlərini pozan Rusiya təyyarəsinin vurulması ilə bağlı üzr istəməyəcəklərini, ancaq bütün səviyyələrdə danışıqlara hazır olduqlarını bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb