• $
  • £

Dönər satanların diqqətinə! - Yeni akt hazırlanıb

Dönər satanların diqqətinə! - Yeni akt hazırlanıb
23.10.2024 09:50
"Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Bu barədə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.


Bildirilib ki, sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.


Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub.


Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib. Beynəlxalq təcrübə, o cümlədən Kodeks Alimentarius Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurasının müvafiq qərarları əsasında hazırlanan layihə dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyən edir. Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, AQTA tərəfindən verilən Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır.


Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları "çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında üç saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.


Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:58
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:49
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ
Cəmiyyət 19:56
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ
Sabah Abşeron çimərliklərində sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 16:19
Sabah Abşeron çimərliklərində sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Cəmiyyət 14:01
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 13:36
Sabahın hava proqnozu
Tovuzda “Ford”la motosiklet toqquşub,xəsarət alan var
Cəmiyyət 12:29
Tovuzda “Ford”la motosiklet toqquşub,xəsarət alan var
BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 11:47
BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:04
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol