Dünya eiraz aksiyasına başladı: "Putin qatildir"

12:35 | 21.07.2014
Dünya eiraz aksiyasına başladı: "Putin qatildir"

Dünya eiraz aksiyasına başladı: "Putin qatildir"

Çexiyanın paytaxtı Praqada Rusiya səfirliyinin qarşısında böyük aksiya keçirilib.
 
Axar.az xəbər verir ki, aksiya iştirakçıları Ukrayna səmasında vurulan Boinq-777 təyyarəsinə görə, Rusiyanı ittiham ediblər.
 
Etirazçılar “Putin qatildir”, “Putin uşaqlarımızı öldürdü” şüarları səsləndirərək Ukraynada baş verənlərə və Boinq-777 təyyarəsinin vurulmasına görə, Rusiyanı ittiham ediblər.
 
Almaniyanın Leypsiq şəhərində də analoji aksiya keçirilib. Ukraynanın himnini səsləndirən aksiya iştirakçıları əllərində etiraz plakatları tutaraq şəhərin küçələri ilə irəliləyiblər.
 
Nyu-Yorkda da ukraynalı, belorus, gürcü, amerikalı və digər xalqlardan ibarət bir neçə minlik dəstə Boinq-777 təyyarəsində həlak olanların xatirəsini yad etmək üçün aksiya keçiriblər.
 
Aksiya iştirakçıları yaxın günlərdə ABŞ-ın Ukraynaya hərbi yardım göndərməsi üçün Ağ Evin saytında petisiya yaradacaqlarını bildiriblər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM