Dünya çempionatında qol vura bilməyən komandalar

23:14 | 04.06.2014
Dünya çempionatında qol vura bilməyən komandalar

Dünya çempionatında qol vura bilməyən komandalar

Braziliyada sayca 20-ci dəfə keçiriləcək dünya çempionatları tarixində böyük uğurlar əldə edən yığmalarla yanaşı, çox zəif çıxışı ilə seçilən komandalar da mübarizə aparıb.Qol.Az-ın "Miliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, indiyə kimi dünya çempionatında iştirak edən beş ölkə sözügedən turnirdə nə xal toplayıb, nə də qol vurmağı bacarıb. Bu millilər Kanada, Çin, İndoneziya, Tirinidad və Tobaqo, Konqodur. Dünya çempionatında 9 ölkə isə turniri xalsız başa vurub. İndoneziya, İraq, Toqo, Kanada, BƏƏ, Çin, Haiti, Konqo və Salvador yığmaları dünya çempionatında indiyə kimi bir xal belə toplaya bilməyiblər. Bu ölkələrdən sadəcə Salvador mundialda iki dəfə iştirak edib. Digər yığmalar isə hərəyə bir dəfə dünya çempionatında oynamaq hüququ əldə ediblər.Qeyd edək ki, Salvador millisi iki dünya çempionatında oynadığı altı oyunda da uduzub. Qapısında 22 qol görən komanda cəmi bir dəfə qol vura bilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM