Dünya Çempionatının bombardiri “Real”da

16:57 | 22.07.2014
Dünya Çempionatının bombardiri “Real”da

Dünya Çempionatının bombardiri “Real”da

Kolumbiya yığmasının və “Monako” klubunun hücumçusu Xames Rodriges İspaniyanın “Real Madrid” klubuna transfer olunub.
 
Axar.az xəbər verir ki, 23 yaşlı futbolçu bu gün tibbi yoxlamadan keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.
 
Qərb mətbuatı bu transferin madridlilərə 88 milyon avroya abaşa gəldiyini yazıblar. Məlumata görə, futbolçunun illik maaşı isə 7.5 milyon avro təşkil edəcək.
 
Qeyd edək ki, Xames Rodriges Braziliyada keçirilən Dünya Çempionatında rəqib qapılarından 6 qol keçirərək, turnirin bombardiri olmuşdu. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb