Dünya kubokuna Ermənistandan 10 nəfər gedir

11:22 | 04.06.2014
Dünya kubokuna Ermənistandan 10 nəfər gedir

Dünya kubokuna Ermənistandan 10 nəfər gedir

Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatına Ermənistandan tamaşaçı qismində sadəcə 10 nəfər gedəcək. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı Braziliyanın Ermənistandakı səfiri Edson Marinyu Duarte Monteyro mətbuata açıqlamasında verib. Səfir Ermənistandan sadəcə 10 nəfərin Braziliyaya getmək məqsədilə viza üçün müraciət etdiyini deyib. “Təəssüf ki, Braziliyaya getmək üçün Ermənistandan sadəcə 10 nəfər müraciət edib. İnsanlar ölkədə təhlükəsizliyin hansı səviyyədə olduğunu soruşur. Hər ölkədə diqqət tələb edən problemlər var. Polis hər yerdə təhlükəsizliyi 100% təmin edir”. İşsizliyin və yoxsulluğun pik həddə olduğu Ermənistan vətəndaşlarının dünya çempionatına getməmələrini sadəcə təhlükəsizlik və s. bu kimi bəhanələrlə açıqlamaları isə ermənilərin özlərini sındırmama cəhdidir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM