Dünya şöhrətli aktyorla Mənsimovun ortaq layihəsi

15:00 | 09.08.2014
Dünya şöhrətli aktyorla Mənsimovun ortaq layihəsi

Dünya şöhrətli aktyorla Mənsimovun ortaq layihəsi

Dünya şöhrətli amerikalı aktyor Robert de Niro Türkiyədə restoran açıb. Axşam.az xəbər verir ki, bu, 70 yaşlı Hollivud ulduzunun 30 illik dostu, yapon iş ortağı, məşhur aşpaz Nobu Matsuhisa ilə birlikdə açdığı restoranlar zəncirinin dünyada 33-cü, Bodrumda isə ilk halqasıdır. Burada ümumilikdə 60 yapon, ingilis və türk personajı çalışacaq. Yapon mətbəxinin ustası hesab edilən N.Matsuhisa restoranı azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali Group” ilə razılıqdan sonra açdıqlarını deyib: “Əvvəlcə araşdırmalara başladıq. Öyrəndik ki, Bodrum tanınmış simaların tətil etdiyi məşhur yerdir. De Niro ilə qərara gəldik ki, burada da iş quraq. “Palmali Group”la yazılı razılıq əldə etdikdən sonra restoranı açdıq. Dünyanın hər yerindən müştərilərimiz olacaq. Yapon mətbəxinin ən ləziz yeməklərini təqdim edəcəyik”.Qeyd edək ki, Robert de Niro restoranın açılışına qatılmayıb. Nobu onun yaxın günlərdə həmin məkanı ziyarət edəcəyini söyləyib..ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb