Dünya tarixində görünməmiş dəhşət: 1000-ə yaxın uşaq cəsədi tapıldı - FOTOLAR

18:16 | 07.06.2014
Dünya tarixində görünməmiş dəhşət: 1000-ə yaxın uşaq cəsədi tapıldı - FOTOLAR

Dünya tarixində görünməmiş dəhşət: 1000-ə yaxın uşaq cəsədi tapıldı - FOTOLAR

İrlandiyanın Qalvey əyalətindəki Tuam şəhərində ailə qurmadan uşaq sahibi olan qadınlar üçün istifadəyə verilmiş St Marry`S Sığınacaq Evinin bağçasında gizli çuxur üzə çıxarılıb.Aktual.az-ın Türkiyə mətbuatına istinadən aldıgı xəbərə görə, həmin çuxurda "qeyri-qanuni" doğulmuş 800 körpə cəsədi aşkar olunub. 1925-61-ci illərdə katolik rahibələr tərəfindən istifadə edilən evdə dünyaya gələn körpələrin aclıqdan, baxımsızlıqdan, yoluxucu xəstəliklərdən öldüyü və adsız olaraq, bu toplu məzara atıldığı iddia edilib.Sığınma evi ilə əlaqədar araşdırma aparan tarixçi Caterine Corless doğum və ölüm qeydləri üzərində etdiyi araşdırmalar nəticəsində ən azı 796 uşağın bu sığınma evində həyatını itirib, adsız olaraq, toplu bir məzara basdırıldığını sübut edib. İrlandiya polisi, iddialarla əlaqədar, əhatəli istintaqa başladıqlarını açıqlayıb. Sığınma evində ölən uşaqlar üçün abidə- məzar inşa edilməsinə kömək üçün ianə yığıldığı elan olunub.Katolik kilsəsindən də məsələ ilə əlaqədar istintaq aparılacağını bildiriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM