Dünyanın ən çox tələb olunan modeli

21:02 | 18.07.2014
Dünyanın ən çox tələb olunan modeli

Dünyanın ən çox tələb olunan modeli

Forbes jurnalının hesablamasına əsasən məşhur model Jizel Bundxen dünya üzrə ən çox pul qazanan xanım olduğu deyilir. ANS PRESS-in məlumatına görə, braziliyalı gözəlçə artıq 8-ci dəfədir ki, model biznesində tələb olunan qadın adına layiq görülüb. Ötən günlərdə futbol üzrə dünya çempionatının kubokunu Almaniyaya təqdim edən Jizel 2013-cü ilin iyun ayından 2014-cü ilin iyun ayına qədər 47 milyon dollar qazanıb. Bu o deməkdir ki, supermodelin gün ərzində 128 min dollar gəliri var. Jizeldən biraz arxada qalaraq siyahının ikici yerində 35 milyon dollar qazanaraq Miranda Kerr qərarlaşıb. 3-cü yerdə isə 6 milyon qazanan cazibədar model Adriana Lima dayanıb. Jizel Bundxel isə açıqlamasında bildirib ki, jurnalistlər onun gəlirini şişirdirlər. Amma müxbirlər 3-4 milyon çox desələr də braziliyalı model yenə də birinci olaraq qalır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM