Dollar 4% bahalaşıb

14:58 | 12.11.2016
Dollar 4% bahalaşıb

Dollar 4% bahalaşıb

Bu ilin 9 ayında manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.
 
"APA-Economics” Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadən məlumat verir ki, valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq cari ilin 9 ayında manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilib.
 
"2015-ci ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,5594 manat səviyyəsində olubsa, 11.03.16 tarixində özünün dövr üzrə maksimum həddinə - 1,6456 manata qalxıb, 25.05.16 tarixində isə minimum həddinə - 1,4900 manata enib. Sentyabr ayının əvvəlində ABŞ dollarının məzənnəsi yenidən bahalaşsa da ayın qalan dövründə yenidən ucuzlaşmağa meyl göstərib”, - deyə icmalda vurğulanıb.
 
Sənəddə qeyd olunub ki, hesabat dövrünün sonuna ilin əvvəli ilə müqayisədə manata nəzərən ABŞ dolları 4%, Avro isə 6,7% bahalaşıb.
 
Məlumata əsasən, dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,57 manat təşkil edib: "Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. 9 ay ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 21,4% ucuzlaşıb. Ucuzlaşma əsasən nominal effektiv məzənnənin 25,8% ucuzlaşması hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşma meyli idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən amildir”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb