Dollar daha bir ölkənin valyutasını üstələdi

11:29 | 31.12.2015
Dollar daha bir ölkənin valyutasını üstələdi

Dollar daha bir ölkənin valyutasını üstələdi

Braziliyanın milli valyutası real xarici valyuta bazarında növbəti dəfə dəyərini itirib.
 
ANS PRESS-in məlumatına görə, valyutanın dəyəri 2 faiz ucuzlaşdıqdan sonra 1 dollar 3.96 reala bərabər olub. Bu ilin əvvəlində Braziliya realı, ümumilikdə, 33 faiz dəyər itirib və 2015-ci ildə ən çox dəyərdən düşən valyutalar sırasındadır. Realın ucuzlaşmasına səbəb isə, ölkənin iqtisadi tənəzzül dövrü keçirməsidir. 

Hökumətin büdcəni balanslaşdıra bilməməsi, həmçinin, prezident Dilma Rusefə qarşı ittiham cəhdləri də valyuta məzənnəsinin düşməsinə səbəb olan digər amillərdəndir.

Rusef 2014-cü ilin büdcə layihəsini hazırlayarkən qanunları pozmaqda ittiham olunurdu.

Braziliyanın dövlət neft şirkəti "Petrobras" əməkdaşlarının rüşvətxorluqda ittiham olunması da ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti