"Dollar dünyada ehtiyat valyuta olma mövqeyini itirə bilər"

14:24 | 12.08.2015

"Dollar dünyada ehtiyat valyuta olma mövqeyini itirə bilər"

ABŞ-ın İranla atom razılaşmasından imtina etməsi Amerika dollarının dünya bazarındakı mövqeyinin zəifləməsi ilə nəticələnə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Nyo-Yorkda jurnalistlərlə söhbətində bildirib.

"Əgər biz razılaşmanı ləğv edib, onlara (İran hakimiyyətini nəzərdə tutur-"Report") "bizim qaydalarımızı və sanksiyalarımızı qəbul edəcəksiniz" desək, onda dollar dünyada ehtiyat valyuta olma mövqeyini itirər", - deyə amerikalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, dolların düşməsi prosesi bir gecədə baş verməyəcək.

C.Kerri deyib ki, İrana qarşı sanksiyalar qüvvədə qalarsa, o zaman ABŞ-ı mürəkkəb vəziyyət gözləyir.

Qeyd edək ki, bu il iyuluin 14-də İranla "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında Tehranın atom proqramına dair razılıq əldə edilib. İki aydan sonra BMT-nin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi gözlənilir. ABŞ Konqresi də həmin razılaşmanı təsdiqləməlidir. Bundan sonra ölkənin İrana qarşı tətbiq etdiyi qadağalar aradan qaldırılacaq. Ancaq hələlik Ağ evlə Konqres arasında razılaşma sənədinin təsdiqlənməsi və İrana qarşı sanksiyaların ləğvi məsələlərində fikir ayrılığı var.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM