"Manatın məzənnəsi Avropa pulunun durumundan asılı olacaq" - Ekspert

14:00 | 25.05.2015

"Manatın məzənnəsi Avropa pulunun durumundan asılı olacaq" - Ekspert

"Dolların avroya nisbətən möhkəmlənməsi heç də ABŞ pulunun bütün digər valyutalara nisbətən güclənməsi anlamına gəlmir"

Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın bugünkü rəsmi məzənnələri barədə məlumatları şərh edərkən deyib.

İqtisadçı eksperti Mərkəzi Bankın bu günki rəsmi məzənnələrinə əsasən, 1 dollar almaq üçün 1.0493, 1 avro üçün isə 1.1529 manat ödəmək lazım olduğunu qeyd edib: "Bu isə o deməkdir ki, milli valyutamız dollara nisbətən ucuzlaşıb, avro ilə müqayisədə isə bahalaşıb. Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əskinə: dollar ilə müqayisədə dəyər itirən avro manat qarşısında da zəifləyir. Deməli, bu artıq Mərkəzi Bankın çevik valyuta siyasətinə keçərək valyuta səbətində milli valyutamızın gələcək məzənnəsinə təsir edəcək dəyişiklik etdiyindən xəbər verir. Əslində, bu artıq manatın avronun məzənnəsində tədricən asıllığın yaranması anlamına da gəlir". 

Dolların avroya nisbətən möhkəmlənməsi heç də ABŞ pulunun bütün digər valyutalara nisbətən də güclənməsi kimi başa düşülməməlidir. Ekspert əlavə olaraq bildirib ki, məsələn, ötən gün avroya nisbətən güclənən dollar İngiltərə funt-sterlinqinə və eləcə də Kanada dollarına nisbətən mövqelərini qoruyub saxlaya bilməyib: "Bu isə o deməkdir ki, növbəti mərhələdə manatın məzənnəsi həmçinin Avropa pulunun durumundan asılı olacaq. Əgər, avrozonada milli valyuta möhkəmlənəcəksə, o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM