Dolların ən baha olacağı ay

22:06 | 27.05.2015
Dolların ən baha olacağı ay

Dolların ən baha olacağı ay


"MFX Capital” agentliyi ABŞ valyutasına təsir edən amilləri araşdırıb


"İyun-iyul aylarında Rusiyada dolların qiyməti 55 rubla qədər yüksələcək”. 

ANS PRESS-in məlumatına görə. bu barədə Rusiyanın "MFX Capital” agentliyinin analitiki Anton Krasko bildirib. 
Onun sözlərinə görə, iyunun ortalarında Rusiya Mərkəzi Bankının iclası olacaq və həmin iclasda requlyator əsas faiz dərəcəsini aşağı sala bilər. Ehtimal edilir ki, dərəcə 1,5 faiz düşərək 11 faiz ola bilər. Bu isə xarici maliyyə institularının rublla ticarətdən gəlirlərini azaldacaq. 

Həmçinin gələn ay Avropa Birliyinin sanksiyalar üzrə iclası gözlənilir. Yəqin ki, yeni məhdudiyyətlər olmayacaq, amma əvvəlki məhdudiyətlər də aradan qaldırılmayacaq. 

Lakin digər rusiyalı ekspertlərin fikrincə, neftin qiymətinin Rusiya büdcəsində nəzərdə tutulan 50 dollardan yüksək olması, həmçinin Ukrayna böhranının sakitləşməsi kimi amillər yenidən rublu möhkəmləndirəcək. Nətijədə dollar ili 50 rubla bərabər şəkildə başa vuracaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM