Donald Tramp: “Putin Obamadan qat-qat güclü siyasətçidir”

12:15 | 11.03.2016
Donald Tramp: “Putin Obamadan qat-qat güclü siyasətçidir”

Donald Tramp: “Putin Obamadan qat-qat güclü siyasətçidir”

Amerika prezidentliyinə Respublikaçılar Partiyasından ən şanslı namizəd olan Donald Tramp Vladimir Putin haqda danışıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində Putin barədə fikirlərini bölüşən Tramp onu Obamadan güclü siyasətçi adlandırıb.

"Putini çox güclü lider sayıram. Ən azı Obamadan dəfələrlə güclüdür. Amma bu o demək deyil ki, mən onu dəstəkləyirəm”.

Tramp prezident seçiləcəyi halda İsrailin təhlükəsizliyini Amerikanın əsas xarici prioriteti edəcəyini də vəd verib.

"İsrailin təhlükəsizliyi əsas prioritetimiz olacaq. Bundan başqa, Fələstin administrasiyası ilə İsrail arasında sülh yollarını da axtaracağıq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM