Donald Trampı təhqir etdilər

14:40 | 02.01.2016
Donald Trampı təhqir etdilər

Donald Trampı təhqir etdilər

Kaliforniya ştatının səmasında ABŞ prezidentliyinə namizəd milyarder Donald Trampı təhqir edən yazılar peyda olub.

ANS PRESS-in məlumatına görə, hadisə Pasadena şəhərində keçirilən ənənvi Qızıl gül paradının sonunda qeydə alınıb. Bayramın sonunda şəhər sakinləri göydə "Tramp - iyrəncdir”, "Kim olur olsun yalnız Tramp yox”, "Tramp - faşist diktatorudur” və digər bu kimi ifadələr görüblər.

Yerli KİV-in məlumatına görə, yazıların yazılmasında 6 təyyarə iştirak edib. İnsidentin arxasında kimi dayandığı məlum deyil. Şounun təşkilatçıları baş verənlərə aidiyyatının olmadığını bildirir.

Donald Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəddir. Daha əvvəl milyarder müsəlmanlara qarşı səsləndirdiyi bəyanatla gündəmə gəlmişdi gündəmə gəlmişdi.

Donald Trampın fikrincə, müsəlmanlar Amerikaya nifrət edirlər və milləti zərbə altına qoya bilərlər. "Siyasətçi" hesab edir ki, ABŞ hakimiyyəti insidentlə bağlı araşdırmanı sona çatdırana qədər, sərhədləri bağlamalıdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb