Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma

10:26 | 28.05.2016
Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma

Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma

Kaliforniya ştatının San Dieqo şəhərində Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

 

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, təxminən min nəfər arasında baş verən toqquşma milyarderin şəhərində keçirdiyi seçkiqabağı tədbirdən sonra meydana gəlib.

 

Nümayişçilər namizədi və onun tərəfdarlarını konfrans mərkəzinin xaricində pankartlarla qarşılayıb və D.Trampın anti-immiqrant ritorikasına narazılıq ediblər. Bununla kütlə arasında mübahisə yaranıb və nəticədə toqquşmaya çevrilib.


Tərəflər polis tərəfindən ayrılana qədər bir-birinə müxtəlif əşyalar, əsasən də butulka atıblar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM