Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

21:41 | 19.04.2024
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırılıb.Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Bu addım nasazlığın davam etməsi ilə bağlıdır və bərpa işlərinin effektivliyini təmin etmək üçün atılıb.
"Biz son vaxtlar görünməmiş hava şəraitinin səbəb olduğu gecikmələrdən əziyyət çəkən qonaqlara dəstək olmaq üçün əlimizdən gələni etməyə sadiqik. Bununla belə, davam edən fasilələrlə əlaqədar və bərpa prosesini sürətləndirmək üçün aprelin 19-u günorta saatlarından etibarən daxil olan uçuşların sayını 48 saat müddətinə müvəqqəti məhdudlaşdırırıq”, - məlumatda deyilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb