Dünya Bankı Azərbaycana yardım edəcək

10:03 | 28.05.2015
Dünya Bankı Azərbaycana yardım edəcək

Dünya Bankı Azərbaycana yardım edəcək

Vergilər Nazirliyi Dünya Bankı ilə birlikdə "Nağdsız əməliyyatların stimullaşdırılması Layihəsi” üzrə texniki yardım Sazişinin layihəsini hazırlanıb və Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsini Dünya Bankı öz üzərinə götürüb.

Oxu.Az xəbər verir ki, bu sözləri mayın 25-də, bazar ertəsi keçirilən görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə iqtisadçısı Konqyan Tan bildirib.

"Hazırda "Nağdsız əməliyyatların stimullaşdırılması Layihəsi” üzrə texniki yardım Sazişinin Vergilər Nazirliyi, Mərkəzi Bank və Dünya Bankı tərəfindən imzalanması üçün tərəflər hüquqi aspektləri nəzərdən keçirirlər” - deyə, o qeyd edib.

Öz növbəsində, iqtisadiyyatda nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı texniki yardımın göstərilməsi istiqamətində Dünya Bankı tərəfindən hərtərəfli dəstəyin göstərildiyini xüsusi vurğulayan  Vergilər nazirinin birinci müavini Natiq Əmirov 2014-cü ildən başlayaraq bu sahədə xeyli iş görüldüyünü bildirib.

Qeyd edək ki, görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko da iştirak edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM