Dünya Bankında azərbaycanlıya yüksək vəzifə verildi

09:38 | 03.02.2017
Dünya Bankında azərbaycanlıya yüksək vəzifə verildi

Dünya Bankında azərbaycanlıya yüksək vəzifə verildi

Samir Süleymanov 2017-ci il fevralın 1-də Dünya Bankı prezidenti tərəfindən yeni yaradılmış Dünya Bankı Strateji Təşəbbüslər Qrupunun rəhbəri vəzifəsinə təyin edilib. 

Oxu.Az banka istinadən xəbər verir ki, Strateji Təşəbbüslər Qrupunun əsas vəzifəsi Dünya Bankının baş icraçı direktoru ilə birgə təşkilati hədəfləri həyata keçirmək və təşkilatın qlobal çağırışlar qarşısında strateji mövqeləndirilməsinə nail olmaqdır. 

Bundan öncəki təyinatında S.Süleymanov Dünya Bankı baş direktorunun ofisində Strategiya və Əməliyyatlar Departamentinin direktoru vəzifəsində çalışıb.  

Həmin vəzifə çərçivəsində Samir Süleymanov "Gələcəyə Baxış: Dünya Bankı Qrupu 2030” sənədinin hazırlanmasını əlaqələndirmiş, baş direktorla birgə daxili islahat və təşəbbüslər həyata keçirərək Bankın daha səmərəli fəaliyyətinə töhfə vermişdir.

Bankdakı 21 illik karyerasına 1996-cı ildə başlamış Samir Süleymanov Korporativ Katiblik Departamentinin direktoru, Bankın Rusiya üzrə proqramının koordinatoru və s. kimi məsul vəzifələrdə çalışıb.

O, bu vəzifələr çərçivəsində Direktorlar Şurasının işində yaxından iştirak edib, Dünya Bankı instrumentlər arsenalına yeni maliyyə alətlərinin əlavə edilməsi və müxtəlif fondların yaradılması prosesində müstəsna xidmətlər göstərib.

Qeyd edək ki, Samir Süleymanov Azərbaycan vətəndaşıdır. O, George Washington Universitetində MBA dərəcəsi alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb