Dünyada 758 milyon insan oxuma-yazma bacarmır - HESABAT

13:43 | 08.09.2016
Dünyada 758 milyon insan oxuma-yazma bacarmır - HESABAT

Dünyada 758 milyon insan oxuma-yazma bacarmır - HESABAT

8 sentyabr tarixi UNESCO tərəfindən "Beynəlxalq Oxuma və Yazma Günü" kimi elan olunub. 

ANN.Az dünya mediasına istinadən xəbər verir ki, təşkilat bu xüsusi günlə bağlı hesabat yayıb.

Hesabata görə, dünyada 15 yaşdan yuxarı olmaqla 758 milyon insan oxuma və yazma bacarmır. Bu rəqəmin üçdə iki hissəsini inkişaf etməkdə olan ölkələrin ucqar kənd yerlərində yaşayan qadınlar tutur.

Qadınlar arasında oxuma və yazma səviyyəsinin ötən 15 il ərzində 77 faizdən 83 faizə qalxdığı qeyd olunur.

Açıqlanan rəqəmlərə görə, qonşu Türkiyədə 7 milyondan çox insan oxuma və yazma bacarmır.
 
Bu problem Azərbaycanda da aktualdır. 

Bir müddət öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9-cu və 11-ci siniflərin şagirdləri arasında oxumağı və yazmağı bacarmayanların da aşkar olunduğu barədə məlumat yaymışdı.

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə Azərbaycanda savadlılıq səviyyəsinin 99.8% təşkil etdiyini, yəni əhalinin 0.2% -nin savadsız olduğunu bildirmişdi.

Tofiq Əli 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb