Dünyada hər gün 3500 insan hepatit B və C infeksiyasından ölür

16:31 | 09.04.2024
Dünyada hər gün 3500 insan hepatit B və C infeksiyasından ölür

Dünyada hər gün 3500 insan hepatit B və C infeksiyasından ölür

Dünyada hər gün 3500 nəfər hepatit B və C virusuna yoluxduğu üçün ölür. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının "2024-cü il Qlobal Hebatit Hesabatı"da bildirilib.
 
Ümumdünya Səhiyyə Təşkilatının 187 ölkədən aldığı yeni məlumatlara əsasən,  viral hepatitdən ölənlərin təxmini sayı 2019-cu illə müqayisədə 0.2 milyon nəfər artaraq 1,3 milyona yüksəlib, bu ölümlərin 83%-i hepatit B, 17 %-i isə hepatit C səbəb olur. 

Hesabatda 2022-ci ildə 254 milyon insanın hepatit B, 50 milyon insanın isə hepatit C ilə yaşadığı qeyd olunub.

Bundan əlavə, xroniki hepatit B və C infeksiyalarının yarısının 30-54 yaş arasında, 12%-nin isə 18 yaşa qədər uşaqlar arasında rast gəlindiyi bildirilib.

Araşdırmaya görə, hər gün 6 mindən çox insan viral hepatitə yoluxur

Hesabatda qeyd olunub ki, dünya üzrə xroniki hepatit B infeksiyası ilə yaşayanların yalnız 13%-ə diaqnoz qoyulub və 2022-ci ilin sonuna qədər təxminən 3 faizinə (təqribən 7 milyon insan) virus əleyhinə müalicə aparılıb, təxminən 12,5 milyon nəfərin müalicə alır.
 
Həmçinin vurğulanıb ki, bu nəticələr 2030-cu ilə qədər xroniki hepatit B və hepatit C ilə yaşayan insanların 80%-i sağaltmaqla bağlı olan qlobal hədəflərin xeyli aşağısındadır.
 
Aygün Mirakif




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM