Dünyanın ən xoşbəxt ölkəsi: Azərbaycan 81-ci yerdədir

19:56 | 16.03.2016
Dünyanın ən xoşbəxt ölkəsi: Azərbaycan 81-ci yerdədir

Dünyanın ən xoşbəxt ölkəsi: Azərbaycan 81-ci yerdədir

Danimarka İsveçrədən önə keçərək dünyanın ən xoşbəxt ölkəsi olub.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə BMT nəzdində Dayanıqlı İnkişaf Məsələlərinin Həlli Şəbəkəsi və Kolumbiya Universitetinin Yer İnstitutu tərəfindən hazırladığı məruzədə bildirilib.

Azərbaycan siyahıda 81-ci yeri tutub, qonşu İran 105-ci, Ermənistan 121-ci, Gürcüstan isə 126-cı yerdədir.

Tədqiqatın nəticələrinə görə, Suriya, Əfqanıstan, eləcə də Saxaradan cənubda yerləşən Afrikanın səkkiz ölkəsi yaşayış üçün digərlərinə nisbətə daha az xoşbəxt olan ölklərin onluğuna daxildir.

Ən xoşbəxt ölkələrin onluğuna isə Danimarka, İsveçrə, İslandiya, Norveç, Finlandiya, Kanada, Niderland, Yeni Zellandiya, Avstraliya və İsveçdir.

Reytinqə görə, Burundi daha az xoşbəxt yaşayışı olan ölkələrdən oldu.

BŞ 13-cü, Böyük Britaniya 23-cü, Fransa 32-ci, İtaliya 50-ci yerdədir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb