Düşmən qaçmağa yer axtaracaq

15:07 | 08.03.2018
Düşmən qaçmağa yer axtaracaq

Düşmən qaçmağa yer axtaracaq

Türkiyə "Zeytun budağı” hərəkatı çərçivəsində terrorçulara qarşı mübarizə aparan Silahlı Qüvvələrə daha bir yerli istehsal silahı göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Nurəddin Canikli məlumat açıqlayıb.

Nazir Maşın və Kimya Sənayesi tərəfindən istehsal edilən bir neçə lüləli raketatanların sınaqlarının uğurla keçirildiyini bildirib. O, yeni silahın bu ay içində "Zeytun budağı” hərəkatında istifadə ediləcəyini qeyd edib.

Türkiyənin yerli istehsalı olan raketatanların təsir gücü digərlərinə nisbətən 4 qat yüksəldilib.

Qeyd edək ki, müdafiə naziri daha öncə ASELSAN və SAGE şirkətləri tərəfindən istehsal edilən "Akkor Pulat” aktiv müdafiə sisteminin Afrinə göndəriləcəyini açıqlamışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb