Dövlət Əmək Müfəttişliyi 35,4 min manatın işçilərə gec ödəndiyini aşkar edib

17:05 | 19.04.2024
Dövlət Əmək Müfəttişliyi 35,4 min manatın işçilərə gec ödəndiyini aşkar edib

Dövlət Əmək Müfəttişliyi 35,4 min manatın işçilərə gec ödəndiyini aşkar edib

2024-cü ilin birinci rübündə Dövlət Əmək Müfəttişliyi tərəfindən 35,4 min manatlıq sosial xarakterli ödənişlər işçilərə vaxtında köçürülməyib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyindən bildirilib. 
 
Bildirilib ki, qurum tərəfindən görülən tədbirlər əsasında həmin vəsaitin köçürülməsi təmin olunub.
 
Cari ilin 3 ayında 26 işçinin qanunsuz əmək müqaviləsinə xitam verildiyi də müəyyən edilib. Nəticədə həmin işçilərin əvvəlki iş yerlərinə qaytarılması təmin olunub.
 
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, hazırda 2024-cü ilin üç ayında ölkədə qeydiyyata alınmış işsizlərin sayı 209,8 min nəfər olub.
 
İşsiz kimi qeydə alınan şəxslərin böyük hissəsi Bakı şəhərinin payına düşüb.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb