Dövlət qulluğuna hazırlaşanların nəzərinə

17:06 | 11.12.2014
Dövlət qulluğuna hazırlaşanların nəzərinə

Dövlət qulluğuna hazırlaşanların nəzərinə

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, komissiya 2014-cü il 12 dekabr tarixindən 9 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 37 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 36-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apellyasiya məhkəmə orqanının aparatındadır.

Ümumi müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır) və azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 12 dekabr 2014-cü il tarixdən 5 yanvar 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Ümumi müsahibəyə dair ətraflı məlumat "Respublika” qəzetinin 12 dekabr 2014-cü il tarixli sayında və 12 dekabr 2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az veriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM