Dövlət qurumlarında yoxlamalar aparılacaq - Siyahı

13:06 | 05.01.2015
Dövlət qurumlarında yoxlamalar aparılacaq - Siyahı

Dövlət qurumlarında yoxlamalar aparılacaq - Siyahı

Hesablama Palatasının 2014-cü il dekabr ayının 29-da keçirilən Kollegiya iclasında, Palatanın 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş aşağıdakı nəzarət tədbirləri ilə bağlı Audit proqramları təsdiq edib:

ANN.Az Hesablama Palatasının rəsmi saytına istinadən yoxlamalar aparılacaq dövlət qurumlarını təqdim edir:

-dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, "Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ayrılmış vəsaitlərin istifadəsinə dair;
- dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;
- dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin icrasına dair.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM