Dövlət Xidmətinin keçmiş rəisinə 11 il həbs cəzası verilib

12:22 | 28.01.2022
Dövlət Xidmətinin keçmiş rəisinə 11 il həbs cəzası verilib

Dövlət Xidmətinin keçmiş rəisinə 11 il həbs cəzası verilib

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Zakir Sultanovun bankda olan 600 min avro nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları müsadirə edilib.

Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub.

Prokuror çıxışında Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rafiq Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb