Əcnəbiləri heyrətləndirən tamaşalarımız - Fotolar

12:54 | 22.06.2015
Əcnəbiləri heyrətləndirən tamaşalarımız - Fotolar

Əcnəbiləri heyrətləndirən tamaşalarımız - Fotolar


 

I Avropa Oyunlarını izləmək üçün şəhərimizdə qonaq olan xarici ölkə nümayəndələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olmuş və teatrda xüsusi olaraq turistlər və qonaqlar üçün tərtib olunmuş M.F.Axundzadənin «Müsyo Jordan və dərviş Məstəli şah» və Ə.Haqverdiyevin «Pəri Cadu» tamaşalarını seyr ediblər


ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarından, Meksikadan, İtaliyadan, Türkiyədən, Çindən və Pakistandan gəlmişturistlər tamaşadan sonra təəssüratlarını bölüşərək, I Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi, şəhərimizin füsunkar gözəlliyi, insanların istiqanlılığı haqqında xoş sözlər söyləyiblər. 


Qonaqlar tamaşalardakı milli koloritə, aktyorların peşəkar ifasına, səslənən canlı muğam parçalarına heyran olduqlarını xüsusi qeyd ediblər


İtaliyalı jurnalist qonaq turistlər teatrın diretkoru Əməkdar Artist Mübariz Həmidovla söhbətlərində ölkəmiz haqqından təəssüratlarını bölüşərək, teatr binasının dizaynının yüksək zövqlə qurulduğunu da vurğulayıblar: "Şəhərinizin milli və müasir görkəmi bir çox Avropa ölkələrini geridə qoyub. Teatrınız, seyr etdiyimiz tamaşalar isə yalnız dünyanın ən aparıcı teatrları ilə müqayisə oluna bilər. Biz Bakıda olduğumuza və belə mədəniyyət ocağını ziyarət etdiyimizə görə özümüzü son dərəcə xoşbəxt sayırıq”.  


Məlumat üçün bildiririk ki, I Avropa Oyunları ilə bağlı əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyun ayının 29-a dək davam edəcək. 

 







 

 

 

 

                                                                               

 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti